Migren və gərginlik tipi baş ağrıları simpatik basqınlıq ilə keçən, yəni simpatik avtonom sistemin çox çalışdığı xəstəliklərdir. Simpatik baskınlığın azaldılması ilə həm miqrenə yoldaşlıq edən tapıntıların azalmasında, həm də baş ağrı şiddət və tezliyində azalma təmin etməkdədir. Simpatik baskınlığı azaltmaq üçün istifadə edilə bilinəcək, yan təsiri olmayan və ucuz bir müalicə alternativi olan məşq və yogadır.
Əslində yoga da çox yorucu olmayan bir aerobik məşqdir. Ancaq fiziki fəaliyyət, yəni yoga pozaları (asanalar) xaricində yoganın iki komponenti də vardır. Bunlar da meditasiya və nəfəs işləridir.
Məşq və yoga asanaları ağrını necə azaldır?
Endorfin səviyyələrini yüksəldərək
Serotonin və dopamin səviyyələrini artıraraq
Elastikliyi artıraraq
Əzələ gücünü artıraraq
Balans hissini artıraraq
Tənəffüs potensialını artıraraq
Davamlılığı artıraraq
Ürək sürəti dəyişənliyini artıraraq
Simpatik sistemin üstünlüyünü azaldaraq
Parasimpatik fəaliyyəti artıraraq
Qan təzyiqini azaldaraq
İmmunitet sistemini gücləndirərək
Insulin müqavimətinin azaldaraq
Xroniki inflamasiyanı azaldaraq
Arıqlamaya yardımçı olaraq
Asanalar ilə birlikdə edilən meditasiya və nəfəs çalışmaları isə əlavə olaraq
Depressiya simptomlarında azalma
Anksiyete səviyyələrində azalma
Melatonin səviyyələrində artım
Hirs səviyyələrində azalma
Beyində artmış teta dalğası aktivlik, sakitlik təmin edər.
Həyata keçirilən işlərdə 8 həftə ilə 12 həftəlik nizamlı yoga və meditasiya tətbiqi nəticəsində
Ağrı periolarının azalması
Ağrı şiddətində azalma
Ağrı ilə əlaqədar semptomların azalması
İstifadə edilən ağrı kəsici miqdarı və tezliyində azalma
Gündəlik həyat keyfiyyətində artım
Yaxşılıq halında artım
Yorğunluq hissində azalma
Mənfi emosiyalarda azalma görülmüşdür.
Bu səbəblə tək başına və ya tibbi müalicəyə əlavə olaraq, bütün miqren və baş ağrısı xəstələrinin yoga və meditasiya ilə məşğul olmağı məsləhət görürəm. Əgər daha öncə heç yoga ilə məşğul olmadınızsa, sadə və yumşaq dərslərlə başlayın, özünüzü çox məcbur etsəniz, həm bədəninizə zərər verirsiniz, həm də miqren ağrılarınızı qıcıqlandıra bilərsiniz.
Bir həkim tərəfindən müşahidə altındasınızsa və müalicə istifadə edirsinizsə, həkiminizə məsləhətləşmədən dərmanlarınızı azaltmayın və kəsməyin.