BAŞ AĞRISI

Başınız ağrıyır. Həm də çox ağrıyır. Bəzən həftələrlə keçib getmir. Bəzi həkimlər miqren olduğunu deyir, bəziləri isə psixoloji mənşəli olduğunu deyib antidepressant dərman verirlər. Nə etsəniz də xeyri yoxdur, başınızın ağrısı keçmir.

Yaxşı, bəs başınız nəyə görə ağrıyır?

Miqren, əsasən, qadınlarda rast gəlinən, çox vaxt cinsi yetişkənlik dövründə başlayan, işığa və səsə qarşı həssaslıqla müşayiət olunan sızıltılı bir baş ağrısıdır. Sızıltı pilləkənləri çıxma, piyada yerimə, ağırlıq qaldırma zamanı dözülməz hal ala bilər. Çox vaxt ürəkbulanma, əsasən, qusma ilə müşayiət olunur.

Gərginlik tipli baş ağrısı başın daha çox ön və arxasında olan, qısqacla sıxılma hissini xatırladan bir hiss yaradan ağrıdır. Miqren ağrıları qədər kəskin olmasa da, miqren ağrılarında olduğu kimi, gərginlik tipli baş ağrıları zamanı da işığa və səsə qarşı həssaslıq müşahidə olunur. Nadir hallarda ürəkbulanma olur, qusma isə gözlənilmir.

Servikogen baş ağrısı boyundan qaynaqlanan problemlər səbəbindən boyunda başlayan ağrının başa yayılmasıdır. Boyun və çiyin ətrafı əzələlərin ağrıları, bu əzələlərdə ortaya çıxan səbəbkar nöqtələr, boyun onurğasında problemlər, kirəclənmə, yırtıqlar, qamət pozğunluqları və onurğanın düzləşməsi boyundan başa yayılan ağrılara səbəb ola bilər.

Eyni bir xəstədə hər üç ağrı birdən mövcud ola bilər. Hətta ağrılar bir-birini törədə bilər. Ola bilər ki, ağrı zamanı nə xəstə, nə də həkim ağrıları bir-birindən fərqləndirə bilməsin. Stres və qamət pozğunluqları hər üç ağrıya səbəb ola bilər.
Migren fibromialgiyanı, qamət pozğunluqları servikogen baş ağrılarını, servikogen ağrılar fibromialgiya və miqreni, fibromialgiya və miyofasial ağrılar isə həm gərginlik tipli baş ağrısını, həm də miqreni artıra bilər.

Miqren kompleks genetik xəstəlikdir. Genetik quruluşu əlverişli olan/ailəsində miqren xəstəliyi mövcud olan xəstələrdə ətraf mühit, pəhriz və həyat tərzinin birgə təsiri nəticəsində ortaya çıxa bilər. Yəni ailənizdə sizdən böyük bir miqren xəstəsi varsa, sizdə miqren ortaya çıxması ehtimalı yüksəkdir, lakin 100% deyil.

Ailəsində miqren və ya fibromialgiya mövcud olan şəxslərdə miqrenin daha çox müşahidə edilməsinin səbəbinin nəsildən-nəslə keçə bilən epigenetik dəyişikliklər olduğu hesab edilir. Epigenetik dəyişikliklər bizdən əvvəlki nəsillərin yaşadığı təcrübə və travmaların genetik quruluşu dəyişdirmədən genlərin ifadə olunmasında, yəni onların sintez etdikləri və ya etmədikləri zülallar vasitəsilə orqanizmimizdə əmələ gələn və bizdən əvvəl yaşamış böyüklərin həyata dair təcrübələri qədər stres və travmalarının da bizə təsir etməməsinə səbəb olan dəyişikliklərdir.

Anamız öz anasının bətnində 4 aylıq körpə olarkən yumurtalıqlarının daxilində yumurtalar əmələ gəlməyə başlayır ki, onlardan biri gələcəkdə sperma ilə döllənir və biz əmələ gəlirik. Buna görə də doğulduğumuz ana qədər anamızla eyni mühitdə mövcud olur və onun orqanizmində meydana gələn bütün maddələr mübadiləsi dəyişiklikləri və onun yaşadığı bütün streslər bizə təsir göstərir.

Ana bətnində və sonrakı dövrlərdə yaşanan travma hadisələri orqanizmdə stres reaksiyasının meydana gəlməsinə səbəb olur. Bu stres reaksiyası çox güçlü və ya uzun müddətli olarsa, xüsusilə, insanın öhdəsindən gələ bilməyəcəyi miqyasda olarsa, orqanizmdəki hipotalamo-pituitar-adrenal oxda hormon ifrazında dəyişikliklərə səbəb olur. Bu hormonal dəyişikliklər asanlaşdırıcı həyat şəraiti mövcud olduqda, insanı miqren, fibromialgiya, qıcıqlanmış bağırsaq sindromu (spastik kolit), xroniki yorğunluq sindromu kimi xroniki ağrı xəstəliklərinə meylli hala gətirir.

Hippokrat bütün xəstəliklərin bağırsaqlardan başladığını deyir. Otuz il bundan əvvəl çox da məna kəsb etməyən bu fikrə son illərdə aparılan bir çox fəaliyyətlər haqq qazandırmışdır.

Bağırsaqların daxilində mikrobiom adlandırılan milyonlarla bakteriya və birhüceyrəli canlı yaşamaqdadır. Bu bakteriyaların öz daxilində tarazlıq mövcuddur və sağlam şəraitdə onların əksəriyyəti faydalı bakteriyalardan ibarət olur. Pis qidalanma vərdişləri (lifsiz və karbohidrogenlə zəngin qidalarla qidalanma, tərəvəzdən az istifadə etmə), hərəkətsiz həyat tərzi, xroniki stres, ağrıkəsicidən həddindən artıq istifadə, tez-tez antibiyotiklərdən istifadə və bağırsaqların keçiriciliyini artıran qidalarla qidalanma kimi səbəblərdən bu tarazlıq pozulur və faydalı bakteriyaların yerini zərərli bakteriyalar tutur. Mikrobiom tarazlığının pozulması disbiozis adlandırılır, uzunmüddətli perspektivdə bir çox xroniki xəstəlik, depressiya və xroniki ağrı sindromları üçün zəmin hazırlayır.

Buğda, arpa və çovdarda mövcud olan qlüten adlı zülal bağırsaqların keçiriciliyini artıraraq, disbiozisə səbəb olaraq, həssas şəxslərdə intolerans və allergiyalara səbəb olaraq, həm miqren, həm də fibromialgiya ağrılarını artıra bilər. Qlüten həmçinin maddələr mübadiləsi sindromuna meylliliyə və çəkinin normadan çox artmasına da şərait yaradaraq ağrıları artırır.

Emal prosesindən keçmiş qidalardan və qutularda qablaşdırılmış qazlı-şəkərli (yaxud dadlandırıcılı) içkilərdən çox istifadə etmək, tərəvəz və çərəzlərdən az istifadə etmək, çox miqdarda qəhvə, alkoqol içmək, uzun müddətli olaraq mədə qoruyucu, ağrı kəsici və diuretik təzyiq dərmanından istifadə etmək orqanizmdə maqnezium səviyyəsini aşağı salır. Əvvəlki vaxtlarla müqayisədə tərəvəzlərin gübrə vasitəsilə daha sürətlə yetişdirilməsi və torpağın keyfiyyətinin pozulması ilə əlaqədar olaraq, tərəvəz yemək də bəzən maqnezium ifrazının sürətinə çata bilməyə bilər. Maqnezium, əslində, miqren və fibromialgiyanın təbii yolla müalicəsi üçün təbiətin bizə bir hədiyyəsidir.

Hərəkətsiz həyat tərzi və kökəlmə miqren, fibromialgiya ağrılarını və xroniki yorğunluq sindromunun əlamətlərini artırır. Orqanizmi stresə salmayan piyada gəzinti, üzmə, velosiped sürmə, yoqa və pilates kimi idman növləri xroniki ağrıları azaltmaqla normadan artıq çəkini azaltmağa və insulin müqavimətinin aşağı düşməsinə də kömək edir. Bütün bu idman növləri bədənin hər iki yarısından simmetrik şəkildə istifadə edilməsinə imkan yaratdığı üçün beyində BDNF səviyyəsini artırır, eyni zamanda, əqli qabiliyyətin tədricən itirilməsi, depressiya və xroniki ağrı meydana gəlməsi ehtimalını azaldır.

Yoqa, tənəffüs hərəkətləri və meditasiya fiziki hərəkətdən əlavə, insanın stresini azaldaraq, stresin öhdəsindən gəlməyi asanlaşdıraraq, zehni sakitləşdirərək, yuxunu qaydaya salaraq və qamət pozğunluqlarını aradan qaldıraraq bütün xroniki ağrılara da yaxşı təsir edir. Yoqa bütün bu faydalarından əlavə, insanın özü və keçmişi ilə barışması üçün də zəmin hazırlayaraq, xüsusilə, ailələrində və uşaq vaxtı travma yaşamış ağrı xəstələrinin yaxşılaşmasına kömək edir.

Keçmişlə barışmaq, sizə edilən pislikləri ahv etmek, yol verdiyiniz səhvləriniz və uğursuzluqlarınız üçün özünüzə əsəbiləşməkdən əl çəkərək özünüzə şəfqət və anlayışla yanaşmaq ağrılarınızı azaltmaq və ya ağrılarınızdan qurtulmaq üçün hər zaman istifadə edə biləcəyiniz bir vasitədir.

Yuxunuzu qaydaya salaraq, maqneziumu yüksək səviyyədə saxlayacaq şəkildə qidalanaraq, fəal bir həyat tərzi mənimsəyərək, bağırsaqlarınıza diqqət edərək, qlüten və şəkərdən istifadə etməyərək, keçmişiniz və yaşadığınız travmalarla barışaraq və özünüzə əsəbiləşməkdən əl çəkərək ağrılarınızı azaltmaq öz əlinizdədir.

RANDEVU AL
Azerbaijan